Bundesliqadan A Seriyasına
13.06.2025 - 00:32

Almaniya Bundesliqası təmsilçilərindən “Borussiya Dortmund"un futbolçusu Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, müdafiəçi “Milan”ın maraq dairəsindədir.
Bu barədə “Sky Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, A Seriyası klubu yeni idman direktoru İqli Tare 29 yaşlı oyunçunun transferi üçün danışıqlara başlayıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm "sarı-qaralar"ın heyətində 21 rəsmi matçda iştirak edib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
0
0