Bundesliqadan La Liqaya - RƏSMİ
01.07.2026 - 11:24
Bundesliqadan La Liqaya - RƏSMİ

"Atletiko Madrid" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Bayer"də çıxış edən Alexandro Qrimaldonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 22 milyon avro ödəyib.

Qeyd edək ki, 30 yaşlı sol cinah müdafiəçisi 2025/26 mövsümündə Bundesliqa klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.