Burak Yılmaz Niderland klubu ilə 5 illik müqavilə bağladı
21.06.2022 - 17:15
![Burak Yılmaz Niderland klubu ilə 5 illik müqavilə bağladı](https://ww3.apasport.az/storage/news/2022/june/21/big/62b1c4a6c8cbe62b1c4a6c8cbf165581738262b1c4a6c8cba62b1c4a6c8cbd.jpg)
Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz legioner həyatını davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, “Lill”dən ayrılan hücumçu növbəti mövsümdən Niderlandda oynayacaq.
37 yaşlı forvard Niderland Erediviziyasında mübarizə aparan “Fortuna” ilə 5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, ilk iki ilini futbolçu, növbəti üç ilini isə məşqçi kimi “Fortuna”da keçirəcək.
Qeyd edək ki, Burak Yılmaz 2020-2022-ci illərdə “Lill”in formasını geyinib.
0
0