Caka 25 milyona satıldı
06.07.2023 - 21:43
Qranit Caka “Arsenal”dan “Bayer”ə keçib.
Apasport.az saytı xəbər verir ki, transferin dəyəri 25 milyon avrodur.
İsveçrə yığmasını üzvü Leverkuzen təmsilçisi ilə 2028-ci ilədək müqavilə imzalayıb. 2016-cı ildən “Arsenal”da çıxış edən yarımmüdafiəçi burada 7 mövsüm keçirib. Caka “topçular”ın heyətində 297 matçda 23 dəfə fərqlənib. 30 yaşlı futbolçu “Arsenal”la iki dəfə İngiltərə kubokunu və iki dəfə Liqa kubokunu qazanıb.
Qeyd edək ki, Almaniya Cakaya yad ölkə deyil. O, 2012-2016-cı illərdə Münhenqladbax “Borussiya”sında çıxış edib.
- İsrailli qolkiper Haalandın iki penaltisini qaytarıb
- Səudiyyə Ərəbistanından DÇ üçün rəsmi müraciət
- "Zaqatala" nın baş məşqçisi: “Bu boyda camaatın sevinci ürəyində qalmaz”
- Emin İmaməliyev: “Bizim oynadığımız dövrlə indiki dövr fərqlidir” - Müsahibə
- Valdas Dambrauskas: “Meydançada bir adamın şousu var idi”
0
0