Çalhanoğlu addım-addım "Qalatasaray"a
09.10.2025 - 19:46
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi yayda heyətinə qata bilmədiyi 30 yaşlı orta xətt oyunçusu üçün qış transfer pəncərəsi zamanı yenidən hərəkətə keçəcək.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
- Qurban Qurbanov: "Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur"
- Mahir Emreli: “Klubda vəziyyət yaxşı getməsə də...”
- Azərbaycan Taekvondo Federasiyası məşqçilər üçün seminar təşkil edib
- “Qarabağ” geri düşdü, "Neftçi" irəli - dünya reytinqi
- “Zirə” “Şerif”ə məğlub olaraq Konfrans Liqasına yollanır - YENİLƏNİB
0
0