Çaloba üçün İtaliya variantı
07.06.2025 - 09:05

"Çelsi"də ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, Trevo Çaloba komandanı tərk edə bilər.
Onun xidmətində “Napoli” maraqlıdır.
Keçidi klubun baş məşqçisi Antonio Konte şəxsən istəyir. Hazırda neapollular transfer üzərində çalışırlar.
Qeyd edək ki, Çaloba icarə əsasında “Kristal Pelas”da çıxış etdikdən sonra qışda “Çelsi”yə qayıdıb.
0
0