“Çelsi” 19 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladı
31.07.2023 - 09:19
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu “Renn”in gənc futbolçusu Çimuan Uqoçukvu ilə müqavilə imzalayıb.
19 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb. Oyun üslubuna görə Fransa futbolunun əfsanələrindən Patrik Vieraya bənzədilən Uqoçukvunun başqa bir Fransa klubu “Strasbur”a icarəyə veriləcəyi bildirilir.
Qeyd edək ki, “Renn”in yetirməsi olan orta xətt oyunçusu 2021-ci ildən əsas komandanın şərəfini qoruyur.
- Ayxan Abbasov: "Belajdi Pusinin transferi bəzi problemlərimizi həll etməyə kömək olacaq"
- Cavid Hüseynov: “Sadəcə səthi yanaşırsız bu işlərə. Əsasən də…”
- "Bavariya" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlara başlayıb
- “Mançester Yunayted” onunla vidalaşdı
- Premyer Liqada tur təxirə salındı - SƏBƏB
0
0