“Çelsi” Pedro ilə müqaviləni yenilədi - RƏSMİ
22.08.2026 - 14:34
“Çelsi” Pedro ilə müqaviləni yenilədi - RƏSMİ

“Çelsi”nin hücumçusu Joao Pedro klubla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, London təmsilçisi onunla sözləşməni 2034-cü ilin yayına qədər uzadıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, Pedro 2025-ci ilin yayından "Çelsi"də çıxış edir.