"Çelsi" Sançodan imtina etdi
03.06.2025 - 15:34
"Çelsi" Sançodan imtina etdi

“Çelsi” son mövsümdə komandada icarə əsasında çıxış edən Ceydon Sançonun satınalma variantından imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London təmsilçisi “Mançester Yunayted”lə razılığa gəlsə də, ingiltərəli futbolçunun şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyib. Nəticədə, “Çelsi” 25 yaşlı oyunçunu heyətində saxlamaqdan imtina edib və bu səbəbdən, “qırmızı şeytanlar”a 5 milyon funt sterlinq təzminat ödəyəcək.

Sanço 2024/25 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 31 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.