“Çelsi” “Zalsburq”dan onu gətirir
19.09.2022 - 00:12
“Çelsi”də yeni təyinat rəsmiləşəcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu idman direktoru vəzifəsinə yeni mütəxəssis cəlb edir.
“Zalsburq”da çalışan Kristof Froyndla danışıqlar aparan londonlular keçidi reallaşdırmağa yaxındır. Bu menecer sonradan böyük ulduz olan əksər futbolçuların Avstriya klubuna gətirməsi ilə tanınıb. O, Erlinq Haland, Sadio Mane və Dayo Upamekanonu Zalsburqun eyniadlı təmsilçisinə gətirib.
Qeyd edək ki, “Çelsi”nin şərikli sahibi Todd Bouli “Zalsburq” modelinin pərəstişkarıdır.
- AGF rəsmisi Beynəlxalq Gimnastika Federasiyasında Texniki Komitəyə üzv seçilib
- Millimiz “qara zolaq”dan çıxdı
- Nazirlikdən açıqlama: "İnanırıq ki, hüquq-mühafizə orqanları..."
- Özü matçda olarkən evinə oğru girdi - Ulduz futbolçunun başına gələnlər...
- Azərbaycan boksçusu dünya çempionatında bürünc medal qazandı
0
0