"Çelsi"də mövsümün ən yaxşı futbolçusu bəlli olub
06.05.2025 - 16:58

"Çelsi"də 2024/25 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Moyzes Kaysedo bu mövsüm "Çelsi"nin ən yaxşı oyunçusu seçilib. 23 yaşlı ekvadorlu komanda yoldaşları arasında keçirilən səsvermədə 1-ci olub.
Bu mövsüm Kaysedo 41 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Daha əvvəl "Çelsi"nin Kaysedoya yeni müqavilə təklif etməyə hazırlaşdığı bildirilirdi.
- Bodibildinq üzrə II muxtar respublika birinciliyi keçirilib
- "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı bəlli olub
- “Sabah”ın U-10 komandası İspaniyada beynəlxalq turnirə qatılacaq
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
- Rusiya klubu fəaliyyətini dayandıracağı ilə bağlı xəbəri təkzib etdi
0
0