“Çelsi”də yeni futbolçu
05.08.2023 - 18:44
“Çelsi” daha bir transferini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu "Brayton"dan qapıçı Robert Sançesi heyətə qatıb.
Danışıqları uğurla başa vuran “zadəganlar” 25 yaşlı ispaniyalı qolkiperin keçidini tamamlayıb. Qapıçı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniya millisinə də dəvət alan Sançes “Brayton” akademiyasının yetirməsidir. O, 2020-ci ildən əsas komandanın heyətində yer alır.
- Ronaldinyonun oğlu karyerasını İngiltərədə davam etdirəcək
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- "Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq
- Sənan Qurbanov: “Regekampf dedi, rəhbərlik də elə fikirləşir” - MÜSAHİBƏ
- Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək
0
0