“Çelsi”dən Çempionlar Liqası xəyalına vida
27.04.2023 - 09:25
![“Çelsi”dən Çempionlar Liqası xəyalına vida](https://ww3.apasport.az/storage/news/2023/april/27/big/644a074d1b90e644a074d1b90f1682573133644a074d1b90c644a074d1b90d.jpg)
“Çelsi” 2023/24 mövsümündə Çempionlar Liqasında oynamayacaq.
Apasport.az saytının məlumatına görə, London klubu Avropanın bir nömrəli klub turnirinə vəsiqə qazanmaq şansını itirib.
Bu, İngiltərə Premyer Liqasının XXXIII turunda rəsmiləşib. “Brentford”a 0:2 hesabı ilə uduzan “zadəganlar” ilk “dördlüy”ə düşməyə nəzəri şanslarını da əldən verib.
11-ci pillədə qərarlaşan “Çelsi” Çempionlar Liqası zonasından 20 xal geri qalıb. 6 matçı qalan komanda bu fərqi aradan qaldıra bilməyəcək.
Qeyd edək ki, londonlular cari mövsümdə Çempionlar Liqası ilə 1/4 finalda vidalaşıb.
0
0