“Çelsi”dən “Everton”a
30.08.2022 - 23:20
“Çelsi”nin futbolçusu Mişi Batşuayi klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu transfer pəncərəsinin sonunadək Premyer Liqanın digər klubuna keçə bilər.
28 yaşlı futbolçu “Everton”un maraq dairəsindədir. 2016-cı ildə 39 milyon avroya transfer olunan Mişi London klubunda cəmi 77 matç keçirib. Onun aktivində 25 qol var.
Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq forvard 4 dəfə icarəyə verilib.
- Rəqəmlərin gözündən İspaniya - Fransa yarımfinalı
- Azərbaycan Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək
- "Araz-Naxçıvan"ın hücumçusu: "Azərbaycan kubokunu qazanmaq istəyirik" - Müsahibə
- “Milan” üçün iki transfer
- Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
0
0