“Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
28.06.2026 - 18:37
“Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR

“Sanderlend”in futbolçusu Qranit Caka karyerasını “Çelsi”də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

London klubu 33 yaşlı yarımmüdafiəçi ilə şəxsi şərtlərdə razılığa gəlib. “Çelsi”nin “Sanderlend”lə danışıqları davam etdirdiyi bildirilir.

Keçidin yaxın zamanda rəsmiləşə biləcəyi gözlənilir. “Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso Cakanın transferində maraqlıdır. Tərəflər daha əvvəl “Bayer”də birlikdə çalışıblar.

Qeyd edək ki, Qranit Caka 2025-ci ildən “Sanderlend”də çıxış edir. O, daha əvvəl “Bayer” və “Arsenal”ın formasını geyinib.