“Çelsi”dən uğursuzluq: 11 ayda 8 qələbə
02.12.2023 - 16:26
![“Çelsi”dən uğursuzluq: 11 ayda 8 qələbə](https://ww3.apasport.az/storage/news/2023/december/02/big/656b197b5865f656b197b586601701517691656b197b5865d656b197b5865e.jpg)
“Çelsi”nin 2023-cü ildəki ümumi göstəriciləri açıqlanıb.
Apasport.az xəbər verir ki, İngiltərə klubu başa çatmaqda olan ili uğursuz keçirib.
11 ay ərzində baş tutan Premyer Liqadakı 34 görüşdən 21-i ötən, 13-ü cari mövsümə təsadüf edib. Cəmi 8 qələbəsi olan komanda 11 heç-heçə edib və 15 dəfə uduzub. Londonlular 34 qarşılaşmada 35 xal toplayıb.
İl ərzində klubu 4 baş məşqçi çalışdırıb. Aprelin 2-dək Qrem Potter, aprelin 5-dək Bruno Saltor, iyunadək Frenk Lempardın tutduğu post hazırda Maurisio Poçettinodadır.
0
0