“Çelsi”ni “Bayer”ə dəyişdi
24.08.2022 - 12:45

“Çelsi”nin yarımmüdafiəçisi Kallum Hadson-Odoinin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək.
İngiltərə millisinin üzvü “Bayer”lə anlaşıb. Premyer Liqa klublarının icarə təkliflərindən imtina edən Hadson-Odoi bu həftənin sonuna kimi Leverkuzen təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək. O, cari mövsümü icarə əsasında Bundesliqa klubunda keçirəcək.
Qeyd edək ki, hücumameyilli oyunçu ötən mövsüm Premyer Liqada 15 oyunda 1 qol vurub.
- Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb
- İlham Yadullayev postda qaldı - Digər məşqçilərin aqibəti isə...
- Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
- Vüsal İsgəndərli: "Albaniyanı da, Qazaxıstanı da məğlub edə bilərik" - Müsahibə
- “Neftçi”dən inamlı qələbə
0
0