“Çelsi”nin 19 yaşlı hədəfi
24.04.2023 - 22:48
“Çelsi” yay fasiləsində heyətini gücləndirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Romeo Lavianın xidmətində maraqlıdır.
“Sauthempton”un 19 yaşlı yarımmüdafiəçisi ilə danışıqlar başlayıb. Belçikalının xidmətində “Mançester Siti”, “Liverpul” və “Arsenal” da maraqlıdır.
Romeo cari mövsümdə 29 oyuna çıxıb. Onun hesabında bir assist var.
Qeyd edək ki, Lavia əvvəllər “Mançester Siti”nin aşağı yaş qruplarında çıxış edib.
- "Sumqayıt" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
- Billinq "Napoli" ilə müqavilə imzalayıb
- Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
- Azərbaycan şahmatçısı Dünya Kubokunun yarımfinalında
0
0