“Çelsi”nin kapitanı əməliyyat olunub
16.10.2026 - 20:27
“Çelsi”nin kapitanı Ris Ceyms dizindən əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu əməliyyatdan sonra bərpa prosesinə başlayıb.
Qeyd edək ki, Ris Ceyms oktyabrın 10-da “Bornmut”la matçdan (5:1) əvvəl məşq zamanı zədələnib.
26 yaşlı sağ cinah müdafiəçisi İngiltərə Premyer Liqasının cari mövsümündə 4 oyunda meydana çıxıb və 1 sarı vərəqə alıb.
0
0