"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka İtaliya klubuna keçə bilər.
Apasport.az xəbər verir ki, "Milan" futbolçunun transferi ilə bağlı danışıqlar aparır.
İtaliya təmsilçisi yarımmüdafiəçini 6 aylıq icarəyə götürmək istəyir. Müqaviləyə mövsüm sonunda futbolçunun satınalma variantı da daxil olacaq.
21 yaşlı ingilis bu mövsüm "Çelsi"nin cəmi 4 matçında iştirak edib.
Çukvuemekanın London klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Onun transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir. Çukvuemeka ötən mövsümə "Çelsi"nin əsas oyunçusu kimi başlamışdı, lakin dizindən aldığı bir sıra zədələr yarımmüdafiəçinin komandada möhkəmlənməsinə mane oldu.
- “Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli olub
- Məhəmməd Abdullayevdən Avropa Oyunlarında ardıcıl ikinci qələbə - FOTOLENT
- "Qəbələ" "Turan"ı belə darmadağın etdi - VİDEO
- Sterlinqin "Çelsi"dəki gələcəyi sual altındadır
- “Neftçi”nin futbolçusu: “Dünyanın ən güclü qrossmeysterlərindən biri ola bilərdim”