Cerrard istefaya göndərilə bilər
29.01.2025 - 20:55
Səudiyyə Ərəbistanı komandalarından "Əl-İttifaq" baş məşqçi Stiven Cerrardla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, klub təcrübəli mütəxəssislə yollarını ayırmağı düşünür.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Komanda rəhbərliyi uğursuz nəticələrə görə Cerrardla olan müqaviləsinə xitam vermək istəyir.
Rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi bildirilib.
Qeyd edək ki, Stiven Cerrard 2023-cü ilin yayında "Əl-İttifaq"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 55 rəsmi 19 qələbə qazanıb, 16 heç-heçə edib, 20 dəfə isə məğlub olub.
- Renat oynadı, komandası növbəti tura yüksəldi
- Mamadu Mboc: "Samir Abasov "Neftçi"yə gəlsə, hər şey dəyişəcək" - Müsahibə
- “Fənərbaxça”dan qələbə, “Beşiktaş” yenə xal itirib
- “Araz-Naxçıvan”ın futbolçusu: “Bu nəticəni qazanan komanda zəif ola bilməz” - MÜSAHİBƏ
- Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0