Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlərin adları açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda 4 futbolçu yer alır.
Bu futbolçulardan Erlinq Haaland “Mançester Siti”nin “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub etdiyi matçda 2 qol vuraraq dubl edib.
Madrid “Real”ının braziliyalı hücumçusu Rodriqo “Braqa” ilə oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” – “Sevilya” (2:0) görüşünün ən yaxşılarından olan Bukayo Saka da Rodriqo kimi hesabına 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Antuan Qrismann isə “Atletiko”nun “Seltik” üzərindəki böyükhesablı (6:0) qələbəsinə 2 qolla töhvə verib.
- "Bolonya"nın hücumçusu İngiltərəyə köçür
- "Neftçi" azarkeşlərinə görə 9000 ziyana düşüb
- Sumqayıtda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB
- Erməni boksçunu məğlub edən avropa çempionumuz: “Başa düşürdüm ki, finalda qalib gəlməliyəm”