"Coppa İtalia" : "İnter" - "Latsio" finalı izləyəcəyik
23.04.2026 - 07:53
Futbol üzrə İtaliya Kubokunda növbəti yarımfinal oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Atalanta" və "Latsio" 2:2-nin revanşında bu dəfə Berqamoda üz-üzə gəliblər.
Oyunun əsas vaxtında yenə qalib müəyyənləşməyib: 1:1.
Uzatma dəqiqələrində də hesab dəyişməyib və qalib oyunsonrası penalti seriyasında bəlli olub.
Burda daha dəqiq oynayan "Latsio" adını finala yazdırıb: 1:2.
Roma təmsilçisinin finaldakı rəqibi ötən gün "Komo"nu 3:2 məğlub etmiş "İnter" olacaq.
0
0