Coşqun Diniyevin komandasından qələbə
12.11.2023 - 00:52
![Coşqun Diniyevin komandasından qələbə](https://ww3.apasport.az/storage/news/2023/november/12/big/654fe92d25a0f654fe92d25a101699735853654fe92d25a0d654fe92d25a0e.jpeg)
Türkiyənin 1-ci liqasında XII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” səfərdə “Şanlıurfaspor”un qonağı olub.
Milli futbolçumuz Coşqun Diniyev 1:0 hesabıyla qalib gəldikləri matça start heyətdə başlayıb və sonadək meydanda qalıb. O, 20-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Ümraniyəspor” hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.
0
0