Daha bir futbolçu Səudiyyə Ərəbistanına doğru
16.10.2023 - 21:01
![Daha bir futbolçu Səudiyyə Ərəbistanına doğru](https://ww3.apasport.az/storage/news/2023/october/16/big/652d444d0839c652d444d0839d1697465421652d444d0839a652d444d0839b.png)
Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına gedir.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Ərəb yarımadasında davam etdirəcək.
30 yaşlı hücumameyilli yarımmüdafiçi “Əl-İttifaq”ın diqqət mərkəzindədir. Futbolçunun yanvarda ərəb klubu ilə müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, cinah oyunçusunun son klubu “ Nottingem Forest” klubu olub.
0
0