Danimarkalı qapıçı “Anderlext”ə keçdi
06.09.2023 - 01:38
Kasper Şmeyxel karyerasını “Anderlext”də davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, danimarkalı qapıçı ilə bir illik müqavilə imzalanıb.
Şmeyxel Belçika klubuna sərbəst agent kimi qoşulub. Razılaşmaya, əsasən, müqavilə müddəti bir il uzadıla bilər. Son mövsümü “Nitsa”da keçirən Kasper 46 oyunun 13-nü “quru” bitirib.
Qeyd edək ki, 36 yaşlı qolkiper “Mançester Siti”, “Lids və “Lester” kimi klublarda çıxış edib. O, 2015/16 mövsümündə İngiltərə çempionu olub.
- Okan Burukdan Mikautadze açıqlaması
- Qurban Qurbanov: “Onların məğlubiyyətləri bizi aldada bilər” - MÜSAHİBƏ
- “Şamaxı” baş məşqçi seçimini etdi
- Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
- İdman direktoru: “Mahir uğurlu olsa, azərbaycanlıların Super Liqaya yolunu açacaq”
0
0