DÇ-2022: Mərakeş üçün ciddi təhlükə
24.11.2022 - 17:50
Mərakeş milli komandası ciddi itki təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin ulduz futbolçusu Əşrəf Hakimi ombasında problemlərlə üzləşib.
PSJ-də çıxış edən 24 yaşlı müdafiəçi Xorvatiya ilə DÇ-2022-nin ilk turunun matçında narahatçılıq hiss edib. Ağrılara baxmayaraq görüşü sona çatdıran Əşrəfın Belçika ilə noyabrın 27-dəki qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, Mərakeş ilk turda Xorvatiya ilə qolsuz heç-heçə edib.
- ABŞ-də keçiriləcək mundial təhlükədə: Avropadan boykot çağırışları
- Bədii gimnastika üzrə şəhər birinciliyi keçiriləcək
- Hücumçusuna qiymət qoydu
- Nuqzar Kvirtiya: “Premyer Liqamızın iki iddialı klubu ilə danışıqlar aparıram” - MÜSAHİBƏ
- "Qarabağ"ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət edib - FOTO
0
0