Dünya çempionatları tarixində cərimə meydanından kənarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Argentina yığmasının kapitanı Lionel Messi Qətərdə keçirilən DÇ-2022-də Meksika ilə görüşdə (2:0) fərqlənərək, rekorda bir addım da yaxınlaşıb.
Mundiallarda ümumilikdə 8 dəfə fərqlənən 35 yaşlı forvard bunun 4-nü uzaq məsafədən vurub. Messi hazırda əfsanəvi almaniyalı Lotar Matteus və uruqvaylı Dieqo Forlanla ikinci yeri bölüşür.
Rekordun sahibi Roberto Rivellinodur. O, Braziliya yığmasının heyətində ümumilikdə 6 qol vurub ki, bunun 5-nə cərimə meydançasının kənarından imza atıb.
|
Futbolçu |
Millisi |
Uzaqdan qollar |
Fərqləndiyi illər |
Ümumi qollar |
|
Roberto Rivellino |
Braziliya |
5 |
1970 (2), 1974 (3) |
6 |
|
Lotar Matteus |
Almaniya |
4 |
1986 (1), 1990 (3) |
6 |
|
Dieqo Forlan |
Uruqvay |
4 |
2002 (1), 2010 (3) |
6 |
|
Lionel Messi |
Argentina |
4 |
2014 (3), 2022 (1) |
8 |
- Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"
- “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
- “Liverpul” onları da itirdi
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
- Tahir Gözəl: “Polşaya qələbə qazanmaq üçün gedirik”