DÇ-2026-nın keçiriləcəyi şəhərlər bəlli olub.
Apasport.az saytının məlumatına görə, FİFA mundialı qəbul edəcək 16 şəhəri açıqlayıb.
Bu turnir üç ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Çempionata ev sahibliyi edəcək şəhərlərdən 11-i ABŞ-dadır. Bunlar Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietldir.
Kanadadakı görüşlər Vankuverlə Torontoda baş tutacaq. Mexiko, Monterrey və Qvadalaxara isə Meksikanın mundialı qəbul edəcək şəhərləridir.
Qeyd edək ki, DÇ-2026 tarixə 48 komandanın iştirakı ilə keçiriləcək ilk mundial kimi düşəcək.
- Qurban Qurbanov: "Onun futbolçu və məşqçi karyerası məndən üstündür"
- “Beşiktaş”dan növbəti transfer - RƏSMİ
- Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı
- "Afrodisias Stadionu": Qədim Dünyanın İdman və Mədəniyyət Mərkəzi
- "Zirə"nin potensial rəqibi müəyyənləşib - "Sumqayıt"ın intiqamını almaq şansı