De Xea "Fiorentina" ilə müqavilə imzalayıb
09.08.2024 - 00:08
![De Xea "Fiorentina" ilə müqavilə imzalayıb](https://ww3.apasport.az/storage/news/2024/august/09/big/66b525b7dfbe766b525b7dfbe8172314770366b525b7dfbe466b525b7dfbe6.jpg)
İspaniyalı qapıçı David de Xea özünə yeni klub tapıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı qapıçı İtaliya təmsilçisi "Fiorentina" ilə razılaşıb.
Seriya A klubu ilə müqavilə 2025-ci ilin iyun ayına qədər keçərli olacaq.
Qeyd edək ki, de Xea daha əvvəl "Mançester Yunayted"in şərəfini qoruyub.
0
0