De Xea “Fiorentina” ilə müqavilə yeniləyib - RƏSMİ
31.05.2025 - 00:57

David De Xea "Fiorentina"da qalmaq qərarına gəlib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi ispaniyalı qapıçı ilə müqaviləni 2028-ci ilə qədər uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu mövsüm De Xea "Fiorentina" heyətində 42 oyun keçirib və onlardan 11-də qapısında qol buraxmayıb.
0
0