David De Xea "Mançester Yunayted"də qalmaq üçün maaşını azaltmağa hazırdır.
Apasport.az ki, qolkiper kluba yeni müqavilə imzalamaq üçün maaşını azaltmağa hazır olduğunu bildirib.
Onun hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına kimi hesablanıb. Bu müqaviləyə əsasən ispaniyalı həftədə 375 min funt sterlinq alır.
"Mançester Yunayted" müqavilənin müddətini bir il uzatmaq variantını aktivləşdirməyib. Əgər klub bu addımı atsaydı, o zaman De Xeanın maaşı əvvəlki kimi qalacaqdı. Əvəzində “Mançester Yunayted” Davidlə daha az maaşla yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, David De Xea 2011-ci ildən "Yunayted"də çıxış edir. Bu mövsüm Premyer Liqada keçirdiyi 17 oyundan 9-da qapısından qol buraxmayıb.
- Boksçularımız Gürcüstan və Qazaxıstan yığmaları ilə Bakıda hazırlıq keçirlər
- Konfrans Liqası: “Samsunspor” və “Fiorentina”dan qələbə - YENİLƏNİB
- PSJ-dən 80 milyonluq təklif
- FİDE prezidentindən azərbaycanlı dünya çempionlarına TƏBRİK
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib