De Xeaya Səudiyyə Ərəbistanından təklif
10.07.2023 - 21:09
![De Xeaya Səudiyyə Ərəbistanından təklif](https://ww3.apasport.az/storage/news/2023/july/10/big/64abcad72a05e64abcad72a05f168898018364abcad72a05c64abcad72a05d.jpg)
“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea Səudiyyə Ərəbistanından təklif alıb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı ispaniyalı qapıçının xidmətində “Əl-Nəsr” maraqlıdır.
Ona həftəlik 250 min funt sterlinq maaş təklif olunub. Bu, de Xeanın İngiltərədəki qazancından azdır. O, Mançester təmsilçisində həftədə 375 min funt qazanıb.
Qeyd edək ki, David 2011-23-cü illərdə Premyer Liqa klubunda forma geyinib.
0
0