De Yonq və Depay Londona yollandı
29.08.2022 - 18:10
“Barselona”nın futbolçuları Frenki de Yonq və Memfis Depay Londona yollanıb.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvlərinin bu səfərinin transferlə əlaqəsi yoxdur.
Hər iki oyunçu “Mançester Yunayted” və “Çelsi”nin transfer gündəmində olsa da, onlar orada danışıq aparmayacaq. Xüsusən də, de Yonq “Barselona”da qalmaq qərarına gəlib və bundan ötrü maaşının azladılmasına da razılıq verib.
Depay və de Yonq “Mançester Yunayted”dəki həmyerliləri Donni van de Bekin toyunda iştirak etmək üçün İngiltərəyə uçublar.
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Valdas Dambrauskas: “Uğurlu nəticə əldə etmək istəyirik”
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- Azərbaycan – İsveç oyununun təyinatları açıqlanıb
- “Kəpəz”də ayrılıq baş verib
0
0