Dembele "Barselona" - PSJ matçının ən yaxşısı seçilib
17.04.2024 - 09:13
![Dembele "Barselona" - PSJ matçının ən yaxşısı seçilib](https://ww3.apasport.az/storage/news/2024/april/17/big/661f4990abc8e661f4990abc8f1713326480661f4990abc8c661f4990abc8d.jpeg)
PSJ-nin vingeri Osman Dembele "Barselona"ya qarşı oyununa görə mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu 40-cı dəqiqədə keçmiş komandasının məğlubiyyətinin başlanğıcını qoyan 1 qolla yanaşı, həm də driblinqlə rəqiblərini 4 dəfə üstələyib. Bu, matçda ən yaxşı göstəricidi.
Görüş 4:1 (ümumi 6:4) qonaqların qələbəsi ilə başa çatıb.
Final fitindən sonra UEFA-dan matçın ən yaxşı oyunçusu mükafatını alan Dembele olub.
0
0