Deşam Fransa ilə 100-cü qələbəyə çatdı
18.06.2024 - 11:39
Fransa millisi Avropa çempionatında ilk oyununda Didye Deşamın komandası Avstriyanı avtoqol sayəsində minimal hesabla (1:0) məğlub edib.
Apasport.az xəbər verir ki, bu, Didye Deşamın Fransa millisinin baş məşqçisi kimi 100-cü qələbəsi olub. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə Deşam Fransa millisi ilə 154 oyun keçirib, 100 qələbə, 30 heç-heçə və 24 məğlubiyyət ilə yadda qalıb.
Deşamın yetirmələri 21 iyunda Avro-2024-ün qrup mərhələsinin ikinci turunda Hollandiya ilə qarşılaşacaqlar.
- Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə
- “Barselona”da itki: 3 həftə oynamayacaq
- Rəşad Sadıqov: "Bu söhbət 96-97-ci illərdə qaldı"
- UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı
- Azərbaycan çempionatları tarixində 14-cü məşqçi - Samir Abasov
0
0