Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappe ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis kapitanın komandadakı rolunu yüksək qiymətləndirib:
“Mbappeni hələ də tənqid edə bilən insanlar var... O, yaxşı oynamasa belə, tək bir hərəkəti ilə matçı qazandıra biləcək futbolçudur. Hələ 27 yaşı var və artıq Fransa tarixinin ən çox qol vuran oyunçusu olub. Kapitan kimi bu komandaya çox böyük töhfə verir”.
Qeyd edək ki, Fransa DÇ-2026-nın qrup mərhələsində Seneqala 3:1 hesabı ilə qalib gəlib.
Mbappe bu görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
- “Turan Tovuz”dan yeni transfer: Fransız futbolçuyla 2 illik müqavilə
- “Quba”nın basketbolçusu: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
- Vasili Berezutski Kimdir? "Sabah"ın Yeni Baş Məşqçisinin Həyat Yolu
- Belçika və Avstriya 3 xal qazandı
- Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək