
“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya ən böyük arzusunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumameyilli oyunçu ölkəsi Argentinaya qayıtmaq niyyətindədir.
Millinin aparıcı üzvü karyerasını yetirməsi olduğu “Rosario”da bitirmək qərarında olduğunu gizlətməyib: “Arzum “Rosario”ya qayıtmaqdır. Çoxdandır buna ümid edirəm. Asan deyil, amma istəyirəm. Argentinalı oyunçular Avropada gələcək arzulayırlar, mən isə “Rosario”ya qayıtmağı xəyal edirəm”.
Qeyd edək ki, Anxel Di Mariya 2005-2007-ci illərdə “Rosario”da peşəkar futbolçu kimi çıxış etdikdən sonra Avropaya yollanıb.
- Zamiq oynadı, komandası məğlub oldu
- Portuqaliyalı futbolçu: “Klublarınız “Qarabağ”ın etdiklərindən ruhlanmalıdır” - MÜSAHİBƏ
- Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
- Millimizin üzvü oynadı, komandası yarımfinala yüksəldi
- Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək