Diasa iki təklif
14.06.2023 - 09:48

“Real”ın sabiq futbolçusu Mariano Dias Səudiyyə Ərəbistanından təklif alıb.
Apasport.az saytının məlumatına görə, iyunun əvvəlində İspaniya nəhəngindən ayrılan hücumçu iki klubun maraq dairəsindədir.
“Əl-Şəbəb” Marianoya ildə 7 milyon avro təklif edib. Bu, forvardın aldığı ən cəlbedici variantdır. Onun xidmətində daha bir klub – “Əl-Fateh”in də maraq dairəsindədir.
Qeyd edək ki, Dias “Real”da oynadığı müddətdə 13 titul qazanıb.
- "Araz-Naxçıvan"ın yoxlama oyunlarının başlama saatı BİLİNDİ
- Rafael Ağayev ABŞ-da kəmərə sahib çıxıb, anasına həsr etdi - FOTOLENT - VİDEO
- İngiltərə Premyer Liqası: “Liverpul” və "Çelsi"dən darmadağın
- Emrelinin komanda yoldaşı: "Uğuru özümə həsr etmək istəyirəm"
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
0
0