Dibala Dünya Çempionatının 2 oyununu buraxacaq
18.03.2025 - 10:32
Dibala Dünya Çempionatının 2 oyununu buraxacaq

"Roma"nın futbolçusu Paulo Dibala zədələnib. 

Apasport.az xəbər verir ki, "Kalyari" ilə matçda (1:0) zədələnən 31 yaşlı futbolçunun ən azı bir ay meydanlardan uzaq qalacağı gözlənilir.

Dibala zədə səbəbi ilə Dünya Çempionatının təsnifat mərhələsi çərçivəsində Argentinanın Braziliya və Uruqvaya qarşı keçirəcəyi matçları buraxacaq. 

Cari mövsümdə “Roma”nın heyətində 36 oyuna çıxan argentinalı 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.