Dibala "Roma" ilə danışıqlar aparır
26.04.2024 - 18:18
![Dibala "Roma" ilə danışıqlar aparır](https://ww3.apasport.az/storage/news/2024/april/26/big/662ba956dd2a5662ba956dd2a61714137430662ba956dd2a3662ba956dd2a4.jpg)
Hücumçu Paulo Dibala "Roma" ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.
Apasport.az xəbər verir ki, bu barədə məşhur jurnalist Rudi Qaletti sosial şəbəkələrdə məlumat verib.
Dibalanın hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. 30 yaşlı argentinalıya "Barselona" və "Çelsi" də maraq göstərir, lakin oyunçunun prioriteti "Roma"da oynamağa davam etməkdir.
2023/2024 mövsümündə Paulo Dibala 34 rəsmi oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.
0
0