"Dinamo"dan "İnter"ə
20.01.2026 - 10:55
"İnter" müdafiə xəttinə gənc oyunçu cəlb edib.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Dinamo"da çıxış edən Leon Yakiroviçin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"İnter" 18 yaşlı mərkəz müdafiəçisi üçün Zaqreb klubuna 2,5+2 milyon avro təzminat ödəyəcək. Xorvatiyalı futbolçu bu həftə Milana gedib yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Leon Yakiroviç hazırda "Dinamo"nun U-19 komandasında çıxış edir.
- Tahir Süleymanov: "Sabah"ı "Zirə" və "Sumqayıt"la müqayisə etmək doğru olmaz" - Müsahibə
- Braziliya millisi Paris-2024-ün açılış mərasiminə qatılmayacaq
- Afrika Millətlər Kuboku: 1/8 final cütləri bəlli olub
- Cüdoçularımız Almaniyada turnirdə iştirak edəcəklər
- “Real”ın futbolçusu “Benfika”nın radarında - MOURİNYO İSTƏYİR
0
0