Diniyev asist etdi, komandası qələbə qazandı - VİDEO
28.10.2024 - 10:18
![Diniyev asist etdi, komandası qələbə qazandı - VİDEO](https://ww3.apasport.az/storage/news/2024/october/28/big/671f2d47d248c671f2d47d248d1730096455671f2d47d2477671f2d47d248b.jpg)
Futbol üzrə Türkiyə Birinci Liqasının 10-cu turunun bir sıra oyunları baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında “Sakaryaspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxmış Diniyev 51-ci dəqiqədə komandasının üçüncü qolunun ötürməsini verib. O, 84-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Bandırmaspor” 18 xalla 4-cü pillədə qərarlaşıb.
0
0