Diniyev oynadı, komandası qələbə qazandı
05.05.2025 - 01:52

Türkiyə Birinci Liqasında XXXVII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin klubu “Çorum” “Şanlıurfaspor”la üz-üzə gəlib.
Yığmamızın komandası rəqibini bu görüşdə məğlub etməyi bacarıb - 2:1.
Coşqun matça ehtiyat oyunçular skamyasında başlayıb və 83-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Diniyevin komandası 54 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.
0
0