Dioqo Jota DÇ-2022-ni buraxacaq
18.10.2022 - 17:05
“Liverpul” və Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, hücumçu Dioqo Jota uzun müddətə sıradan çıxıb.
Premyer Liqanın XI turunda “Mançester Siti” ilə oyunun son dəqiqələrində zədələnən 26 yaşlı forvard dünya çempionatını buraxacaq. Bu barədə “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssisin sözlərinə görə, Jota mundialda Portuqaliya millisinin heyətində olmayacaq.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- Azərbaycan çempionu 1/16 finalda - YENİLƏNİB
- Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək
- Samir Abasov “Barselona”nın baş məşqçisi ilə görüşdü
- Kubok oyununda məğlub olan Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO
0
0