“Dortmund” “Çelsi”nin futbolçusunu transfer edib – rəsmi
04.02.2025 - 01:29
![“Dortmund” “Çelsi”nin futbolçusunu transfer edib – rəsmi](https://ww3.apasport.az/storage/news/2025/february/04/big/67a1359ac6ec167a1359ac6ec2173861826667a1359ac6ebf67a1359ac6ec0.jpeg)
Almaniya Bundesliqası təmsilçilərindən “Borussiya Dortmund” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, “sarı-qaralar” “Çelsi”nin futbolçusu Karni Çukvuemekanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almanlar oyunçunu mövsümün sonuna kimi icarəyə götürüb.
“Dortmund” “zadənganlar”a 6 aylıq keçid üçün 2,4 milyon avro ödəməli olub.
Qeyd edək ki, 21 yaşlı ingiltərəli bu mövsüm “Çelsi”nin heyətində 5 oyunda iştirak edib.
0
0