"Dortmund" kapitanına yeni müqavilə təklif edib
12.02.2026 - 13:26
“Borussiya Dortmund” kapitanı Niko Şlotterbekin müqaviləsini uzatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Klub müdafiəçiyə illik 14 milyon avro qazancı olan uzunmüddətli müqavilə təklif edib.
Alman müdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilə qədərdir və Şlotterbek hələ müqavilənin uzadılmasına razılıq verməyib.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm “Dortmund”un heyətində çıxış etdiyi 26 rəsmi oyunda 3 qol və 2 assistlə yadda qalıb.
- Türk klublarının yeni transferləri Avropada oynaya biləcək?
- Qazaxıstan Danimarkanı şoka saldı: Geridönüş və qələbə
- Bədii gimnastika üzrə şəhər birinciliyi keçiriləcək
- Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək
- "Sabah" üç basketbolçu ilə müqavilənin müddətini uzadıb
0
0