Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
04.06.2026 - 22:49
Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu

2026-cı il dünya çempionatında təcrübəli futbolçular da diqqət mərkəzində olacaq.

Apasport.az xəbər verir ki, mundialda yaşı 40-dan yuxarı olan 7 futbolçu iştirak edəcək.

Siyahıda ən yaşlı oyunçu Şotlandiya millisinin qapıçısı Kreyq Qordondur. 43 yaşlı qolkiper 2026-cı il dünya çempionatının ən yaşlı futbolçusu olacaq.

40 yaşdan yuxarı futbolçular arasında Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo da var. 41 yaşlı hücumçu karyerasında 6-cı dəfə dünya çempionatında çıxış etməyə hazırlaşır.

Bundan başqa, Xorvatiya millisinin lideri Luka Modriç, Almaniya millisinin qapıçısı Manuel Noyer, Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzeko, Meksika millisinin qapıçısı Gilyermo Oçoa və Kabo-Verde yığmasının qapıçısı Vozinya da mundialın ən təcrübəli futbolçuları sırasında yer alıblar.

 

Futbolçu Ölkə Yaş
Kreyq Qordon Şotlandiya 43
Kriştiano Ronaldo Portuqaliya 41
Luka Modriç Xorvatiya 40
Manuel Noyer Almaniya 40
Edin Dzeko Bosniya və Herseqovina 40
Gilyermo Oçoa Meksika 40
Vozinya Kabo-Verde 40

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.