Dünya çempionu millidən getdi
14.01.2023 - 17:38
![Dünya çempionu millidən getdi](https://ww3.apasport.az/storage/news/2023/january/14/big/63c2946b0206963c2946b0206a167369636363c2946b0206563c2946b02067.jpg)
Fransa millisinin futbolçusu Stiv Mandanda yığma karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı “Renn”in 37 yaşlı əlcək sahibinin özü verib.
O, DÇ-2022-dən sonra milli ilə vidalaşmağı məqsədəuyğun sayıb. Mandanda 2008-ci ildən çıxış etdiyi yığmada 15 il keçirib. 35 oyunda 32 qol buraxan qolkiper DÇ-2018-in çempionu, DÇ-2022-nin vitse-çempionu olub.
Qeyd edək ki, bir müddət əvvəl Fransa yığmasının əsas qapıçısı Uqo Loris də milli karyerasını başa vurub.
0
0