Dünya çempionu təhdid edilir
26.03.2024 - 12:00

"Benfika"da çıxış edən hücumameyilli yarımmüdafiəçi Anxel di Mariya karyerasını "Rosario Sentral" klubunda bitirmək niyyətində olduğunu dedikdən sonra təhdidlərə məruz qalıb.
Apasport.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bu açıqlamadan sonra Di Mariya evində təhdid alıb. Bildirilib ki, vətənə qayıdarsa, onun təhlükəsizliyinə heç kim zəmanət verə bilməz.
Xatırladaq ki, Angel "Rosario Sentral" Akademiyasının məzunudur. Yarımmüdafiəçi ötən ildən "Benfika"da çıxış edir. Onun “qartallar”la müqaviləsi gələn ilin yayında başa çatır.
- Millimiz dünya çempionatında İspaniya yığması ilə qarşılaşacaq
- Ayxan Abbasov: "Çempionatın sonudur, psixoloji savaş da gedir"
- “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur
- Stanislav Çerçesov: “O, “Qarabağ”ı təhlil etməyimizə kömək edəcək”
- FIFA-dan Türkiyə klubuna transfer cəzası
0
0